Gürcüstanda QİÇS-ə yeni yoluxma hallarının sayı artıbbackend

Gürcüstanda QİÇS-ə yeni yoluxma hallarının sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda QİÇS-ə yeni yoluxma hallarının sayı artıb-infeksiyonistlər əhaliyə xəbərdarlıq edir.

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssislər bu həyəcanverici məlumatları konkret proseslərlə əlaqələndirirlər.

Həkimlərin fikrincə, yoluxma hallarının çoxalmasına səbəb xüsusilə təhlükəsizlik mədəniyyəti aşağı olan ölkələrdən gələn miqrantların sayının kəskin artmasıdır.

İnfeksionistlər epidemiyanın təhlükələri barədə çoxdan danışmağa başlayıblar və hökumətin öz əhalisini QİÇS virusunun yayılmasından qorumaq üçün vaxtında və effektiv addımlar atacağını gözləyirlər.