barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Tbilisidə fəaliyyət göstərən İaşvili Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze mətbuata açıqlamasında deyib.
O, bildirib ki, 2023-cü il ərzində Gürcüstanda qızılcaya 23 yoluxma halı qeydə alınıb, 2024-cü ilin təkcə yanvarında təsdiqlənmiş yoluxma hallarının sayı 16-dır. Əlavə edib ki, yoluxmalardan 14-ü paytaxt Tbilisidə qeydə alınıb və onların əksəriyyəti 20-40 yaş aralığından olanlardır.
Çxaidze yoluxma hallarının Rusiya, Qazaxıstan və Azərbaycanda da artdığını, ÜST-ün Avropa regionunda 2022-ci illə müqayisədə yoluxmaların 42 dəfə artdığını bəyan edib.