Gürcüstanda sürüşmə zonasında xidmət aparan polis əməkdaşı ölüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, polis təbii fəlakət bölgəsində davam etdirilən xilasetmə tədbirləri çərçivəsində ictimai asayişi qoruyarkən, halı pisləşib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
O, Ambrolauri rayon idarəsinin istintaq şöbəsinin müstəntiqi, 1975-ci il təvəllüdlü Mirian Çelidzedir.