2023-cü ilin yanvar-avqust aylarında Gürcüstan turizmdən 2,9 milyard dollar gəlir əldə edib.
İnterpress.az xəbər verir ki, bu barədə Galt & Taggart-ın həftəlik araşdırmasında qeyd olunub.
Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə turizmdən əldə olunan gəlir 34,7% artıb.
Təkcə avqust ayında turizm sektorunun gəliri 550 milyon dollar təşkil edib ki, bu da illik 5,2% artım deməkdir.
Milli Turizm Administrasiyasına gəlincə, agentlik yalnız yanvar-iyun ayları üzrə məlumatları açıqlayıb, ona görə Gürcüstan beynəlxalq səyahətlərdən (turizmdən) 1 804 529 935 dollar gəlir əldə edib.