Gürcüstanda yaşayan soydaşlarımızın torpaq problemi – VİDEObackend

Gürcüstanda yaşayan soydaşlarımızın torpaq problemi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Marneuli rayonunun İkinci Kosalı kəndində yerli sakinlər və keşişlər arasında artıq bir neçə gündür ki, qarşıdurmalar yaşanır. Buna səbəb Gürcüstan parlamentində kilsə ətrafı ərazilərdən 20 hektar torpaq sahəsinin kilsəyə verilməsi ilə bağlı qanun layihəsinin qəbul olunması olub.

Baku TV-nin verdiyi məlumata görə, qanun layihəsi qəbul edildikdən sonra din xadimləri soydaşlarımızın əkib-becərdikləri torpaq sahələrinin onların ərazisinə daxil olduğunu iddia edirlər. Hətta keşişlər bu səbəbdən yerli sakinlərdən icarə də tələb edirlər.

Məsələ ilə bağlı Baku TV-nin Gürcüstan bürosuna açıqlama verən Marneuli İcra başçısının (Merinin) vəzifələrini icra edən Zaur Tabatadze bildirir ki, İkinci Kosalı kəndində mübahisəli torpaq sahələri tam olaraq Gürcüstan İqtisadiyyat Nazirliyinin balansındadır:

“Hazırda həmin torpaqlarda göstərilən bütün fəaliyyətlər qanunsuzdur. Bu barədə araşdırma aparılır. Ancaq bu mərhələdə onu deyə bilərəm ki, torpaqlar heç kimin mülkiyyətində deyil. Araşdırılma başa çatdıqdan sonra, qanun çərçivəsində həmin torpaqların istifadə edilməsinə icazə verilə bilər”.