Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb.
İnterpress.az xəbər verir ki, yüngül avtomobillərinin ixracı rekord səviyyədədir.
2023-cü ilin yanvar-iyul aylarında Gürcüstanda mallarla xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 12 105,5 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,0 faiz çoxdur. Məlumata görə, bunun 3 583,4 milyon ABŞ dolları ixrac (artım 15,9 faiz), 8 522,1 milyon ABŞ dollarını isə idxal (artım 19,0 faiz) təşkil edir.
Bundan əlavə, yeddi ayda on ixrac kateqoriyasında birinci yeri 1,177 milyard ABŞ dolları ilə yüngül avtomobillər tutub ki, bu da bütün ixracın 32,9 faizini təşkil edir.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 217%, 2022-ci ilin yanvar-iyul aylarında Gürcüstandan avtomobillərin təkrar ixracı 371,733 milyon dollar təşkil edib.
Gürcüstandan ən çox minik avtomobillərinin (yenidən) ixrac edildiyi 10 ölkəni aşağıdakılardır:
Qırğızıstan – 299,907 milyon dollar (7 410 ədəd)
Qazaxıstan – 281 051 milyon dollar (17 263 ədəd)
Azərbaycan – 259 065 milyon dollar (15 581 ədəd)
Ermənistan – 207,672 milyon dollar (11,778 ədəd)
Rusiya – 65,860 milyon dollar (4,840 ədəd)
Tacikistan – 17,477 milyon dollar (1,620 ədəd)
Belçika – 12,826 milyon dollar (264 ədəd)
Ukrayna – 9,150 milyon dollar (680 ədəd)
Birləşmiş Ərəb Əmirlikləri – 7,355 milyon dollar (119 ədəd)
Türkiyə – 5,008 milyon dollar (260 ədəd)