Gürcüstandan Azərbaycana toyuğun idxalı artıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Gürcüstandan 3,725 milyon ABŞ dolları dəyərində diri toyuq ixrac edilibsə, 2022-ci ilin 6 ayında bu, 2,829 milyon ABŞ dolları təşkil edib.
İdxala gəlincə, bu il Gürcüstan 2,661 milyon ABŞ dolları dəyərində , 2022-ci ilin yanvar-iyun aylarında isə 2,014 milyon ABŞ dolları dəyərində quş əti alıb.
Diri toyuq aldığımız və satdığımız ölkələrin siyahısı:
Toyuğun idxal olunduğu ölkələr:
Türkiyə – 1,557 milyon ABŞ dolları
Macarıstan – 660 min ABŞ dolları
Hollandiya – 307,6 min ABŞ dolları
Belçika – 130,7 min ABŞ dolları
Çexiya – 5,8 min ABŞ dolları
Toyuğun ixrac olunduğu ölkələr:
Azərbaycan – 2 650 milyon ABŞ dolları
Ermənistan – 1,075 milyon dollar.