Gürcüstanın Konstitusiya Məhkəməsi oktyabrın 26-da keçirilmiş seçkilərin nəticələrinin ləğvi ilə bağlı iddiaları baxılmaq üçün qəbul etməyib.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb. Bildirilir ki, Gürcüstanın Konstitusiya Məhkəməsi prezident və müxalifətçilərin oktyabrın 26-da keçirilmiş seçkilərin nəticələrinin ləğvi ilə bağlı iddialarını baxılmaq üçün qəbul etməyib.
Konstitusiya Məhkəməsinin saytında verilən məlumata görə, qərar qətidir və apellyasiya şikayəti və ya yenidən baxıla bilməz.
Xuraman Etibarlı
İnterpress.az