Gürcüstanlı qanuni oğru Mindia Lavasoğlu dünen gecə saatlarında Moldovada saxlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Moldova istintaqının məlumatına görə, Lavasoğlu 1 milyon avronu təhdid yolu ilə ələ keçirməkdə ittiham olunur.
Məlumata görə, iş iki biznesmenin arasında yaranan maliyyə mübahisəsi ilə bağlı olub, o zaman tərəflərdən biri Mindia Lavasoğludan kömək istəyib. Biznesmenlər arasındaki işi həll etdikdən sonra Mindia Lavasoğlu işi həll etmək müqabilində bir milyon avro və bahalı avtomobillər alıb.
Moldova polisinin yaydığı audio və video yazıda Lavasoğlunun iş adamlarından birinin ailəsini təhdid etməklə hədələdiyi görünür. Moldova polisi xüsusi əməliyyat keçirərək Mindia Lavasoğlunu saxlayıblar.