Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alan varbackend

Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hacıqabul rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Abbasov İlham Aydın oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.