“Handala” haker qrupu Fars körfəzindəki ABŞ dəniz piyadalarının məlumatlarını ələ keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Handala” haker qrupu məlumat yayıb.
İranın “Handala” haker qrupu Fars körfəzində yerləşdirilmiş on minlərlə ABŞ dəniz piyadasının şəxsi məlumatlarını ələ keçirdiklərini və açıqladıqlarını bəyan edib.
Hakerlər “WhatsApp” vasitəsilə ABŞ dəniz piyadalarına mesaj göndərərək, “Şəxsiyyətlərinin gizli qaldığını düşünənlər, bir daha fikirləşin” xəbərdarlığını ediblər.
Haker qrupunun iddialarına görə, onlar hərbi bazalarda xidmət edənlər, təlim və patrul tapşırıqlarını yerinə yetirən şəxslər də daxil olmaqla, bütün hərbçilərin şəxsi məlumatlarına tam sahibdirlər. Hakerlər hərbçilərə “dərhal ailələrinizlə əlaqə saxlayın və vidalaşın” mesajını göndəriblər.
Xuraman Etibarlı
İnterpress.az






