Haniyənin ölümünə görə İran-İsrail müharibəsi olmayacaq.
interpress.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazıb.
“HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin vəzifədən kənarlaşdırılması səbəbindən İran və İsrail arasında gərginliyin artması ehtimalı azdır.
Səbəb odur ki, heç bir tərəf Yaxın Şərqdə genişmiqyaslı müharibədə maraqlı deyil.
Qeyd olunur ki, onun ölümü aprelin 1-də İranın Suriyadakı səfirliyində yüksək rütbəli SEPAH zabitlərinin öldürülməsindən daha çox Tehran üçün “sifətə kişik bir sillədir”, – nəşr bildirib.
Bundan əlavə, Haniyənin ölümünün HƏMAS-ın məhvinə gətirib çıxaracağı ehtimalı azdır. Çünki təşkilat “keçmişdə oxşar vəziyyətlərlə üzləşib və daha güclü olub”.
Nəşr vurğulayır ki, Həniyəni əvəz edəcək bir çox başqa liderlər var, çünki HƏMAS “konkret şəxslərə deyil, öz qurumlarına güvənir”.
Xuraman Etibarlı
İnterpress.az