Harri Keyn İngiltərə millisinin tarixinə düşübbackend

Harri Keyn İngiltərə millisinin tarixinə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.

Ulduz futbolçu AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda İtaliya yığmasının qapısına yol tapmaqla buna nail olub.

Görüşün 44-cü dəqiqəsində penaltidən fərqlənərək, komandasının ikinci qoluna imza atan hücumçu Ada təmsilçisinin bombardiri rekordunu ələ keçirib. Millinin heyətində 54-cü qolunu vuran Keyn əvvəlki rekordçu Ueyn Runini (53 qol) geridə qoyub.

Qeyd edək ki, 30 yaşlı Keyn 2015-ci ildən formasını geyindiyi İngiltərə yığmasında 81 matça çıxıb.