Bəhreyndən Rusiyaya gələn şəxs 37 kq “hədiyyə” zinət əşyaları keçirməyə cəhd edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Məlumata görə, Bəhreyndən Rusiyaya 6,8 milyon rubl (təxm. 150 min man.) dəyərində olan 37 kq “zinət əşyaları”nı ailəsinə və yaxınlarına hədiyyə olaraq aparmağa cəhd edib.
Belə ki, üzüklər, bilərziklər, sırğalar, kulonlar, muncuqlar, boyunbağılar brilyant, beril, azurit, tanzanit, qranat, kvars, mədəni mirvari, firuzə və təbii almaz əlavələri ilə 800 karat gümüşdən hazırlanır.
“Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsinin 1-ci hissəsi (strateji əhəmiyyətli malların qaçaqmalçılığı) ilə cinayət işi açılıb.
Maddənin sanksiyası beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya bir milyon rubla qədər cərimə şəklində cəza nəzərdə tutur”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az