Şeremetyevo hava limanında əcnəbinin baqajından 930 ədəd ferret dərisi tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin (FGX) mətbuat xidməti məlumat yayıb.
Rusiyanın Şeremetyevo hava limanında əcnəbi vətəndaşın baqajında gömrük yoxlanışı zamanı ümumi dəyəri təxminən 1,2 milyon rubl (təxminən 27 140 manat) olan 930 ədəd ferret dərisi aşkar edilib.
Saxlanılan şəxs izahatında bildirib ki, o, bu malları Çində satmaq məqsədilə Moskvanın bazarlarının birindən satın alıb.
Xuraman Etibarlı
İnterpress.az






