Havay adalarında bir çox evləri məhv edən yanğınların zərər yetirmədiyi “möcüzə ev” diqqət çəkib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Havayda baş verən yanğınlar indiyədək 114 nəfərin həyatına son qoyub, 2700-dən çox tikili zədələnib və ya tamamilə dağılıb.
Maui adasında bozlaşan şəhərlərdən biri olan Lahainada bir ev diqqət çəkib. Çünki sözügedən ev sahil zolağında toxunulmaz qalan yeganə tikili olub.
Evin sahibi taxta konstruksiyalardan inşa edilmiş bu tikilidə bir müddət əvvəl bəzi dəyişikliklər etdiklərini söyləyiblər.
O, dam örtüyünə metal material əlavə edib və zərərvericilərdən qorunmaq üçün evin ətrafındakı yaşıllıqları kəsiblər. Bundan əlavə, evin ətrafına daşlar düzülüb.
Əvvəlcə yanğına davamlılığı nəzərə alınmaqla edilməmiş bu dəyişikliklər strukturun qorunmasını təmin edib.
Yerli sakinlər bu evi “möcüzə evi” adlandırıblar.