Avqustun 9-da Havayda başlayan meşə yanğınlarından sonra itənlərin axtarışları davam etdirilir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
38 nəfərdən hələ də xəbər olmadığı bildirilib.
Səlahiyyətlilər, dünən günorta saatlarına kimi yanğın bölgəsində daha 1732 adamın zərər çəkdiyini bildirib, bəzilərinin sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu qeyd edib.
Meşə yanğınlarında ölənlərin rəsmi sayı sonuncu dəfə 115 olaraq açıqlanıb.
Prezident Co Bayden avqustun 22-də Havay adalarında olub və yanğın zamanı xəsarət alanlara kömək edəcəyinə söz verib.