Havayda meşə yanğınları nəticəsində ölənlərin sayı 96-ya çatıbbackend

Havayda meşə yanğınları nəticəsində ölənlərin sayı 96-ya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Havay ştatında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 96-ya yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Maui Regional Administrasiyası Böyük Ada və Maui adasında davam edən meşə yanğınları ilə bağlı son vəziyyətlə bağlı açıqlama verib.

Məlumata görə, yanğınlar nəticəsində həyatını itirənlərin sayı 96-ya yüksəlib.

Şərqi Sakit okeanın ən qərb hissəsində “tropik çökəklik” formalaşıb və Havay adalarının cənubundan tropik fırtına kimi keçəcəyi gözlənilir.

Milli Hava Xidməti (NWS) yanğının bölgədə sürətlə yayılmasına təsirli səbəb olan Dora qasırğası kimi fırtınanın Havayın cənubundan keçəcəyi təxmin edilsə də, küləyin daha zəif olacağını proqnozlaşdırdıqlarını açıqlayıb.

Yanğınsöndürmə rəisi Lori Mur-Merrell dünən bildirib ki, Havayda ölənlərin sayı 2018-ci ildə 85 nəfərin ölümünə səbəb olan Kaliforniya yanğınlarını ötüb.

Havayda baş verən yanğınlar ABŞ-da son 100 ildə ən ölümcül meşə yanğınları olub.

Maui polis rəisi Con Pelletier qeyd edib ki, həyatını itirənlərdən yalnız ikisinin şəxsiyyətini müəyyən etmək mümkün olub.

ABŞ prezidenti Co Bayden Mauini yanğına görə “fəlakət zonası” elan edib.

Məlum olub ki, yanğınlar zamanı Maui adasında yerləşdirilmiş 80 fəlakət xəbərdarlığı sirenindən heç biri işləməyib.

Havay Fövqəladə Hallar İdarəsi Agentliyinin sözçüsü Adam Weintraub verdiyi açıqlamada sirenlərin heç birinin aktiv olmadığını bildirib.

Weintraub, yanğınlar zamanı mobil telefonlara xəbərdarlıq mesajlarının göndərildiyini, radio və televiziya vasitəsilə xəbərdarlıq edildiyini, lakin elektrik olmadığı üçün bölgə əhalisinin bu xəbərdarlıqların heç birini ala bilmədiklərini bildirib.