Havayda meşə yanğınlarında 36 nəfər ölübbackend

Havayda meşə yanğınlarında 36 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Havay adalarının Maui adasının meşə sahəsində baş verən yanğınlar nəticəsində 36 nəfər ölüb, çoxlu sayda insan xəsarət alıb, çoxlu sayda mülkə ziyan dəyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, xəstəxanalar yanğından zərərçəkənlərlə dolub.

Yanğınsöndürmə işləri davam edir, Lahaina qəsəbəsində baş verən yanğınla əlaqədar hazırda axtarış-xilasetmə işlərinin davam etdirilir, sahil mühafizə qrupları alovdan xilas olmaq üçün suya atılan 2-si uşaq olmaqla 14 nəfəri xilas edib.

Yanğın nəticəsində bir çox evlərin və iş yerlərinin tamamilə məhv edildiyini bildirilib.

Dəymiş ziyanın həqiqi ölçüsünü müəyyənləşdirmək hələ də çətindir və hökumət ölənlərin sayının artmasından narahatdır.

11 mindən çox insanın Mauidən təyyarə ilə təxliyə edildiyi bildirilib.

ABŞ prezidenti Co Bayden Mauidə meşə yanğınları ilə mübarizəyə göstəriş verib.

Bayden Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələrinin axtarış-xilasetmə səylərini dəstəklədiyini, Hərbi Dəniz Qüvvələrinin isə yanğınlarla mübarizə üçün “Qara Şahin” tipli helikopterlər təmin etdiyini bildirib.