Havayda meşə yanğınlarına qarşı mübarizənin aparıldığı vaxtda ABŞ prezidenti Co Baydenin çimərlik tətilini uzatması amerikalıları qəzəbləndirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Havay adalarını meşə yanğınları bürüdüyü zamanda Bayden çimərlikdə istirahət edir.
Ölkə prezidentinin bu addımı isə yerli əhalinin qəzəbinə tuş gəlib.
Fox News televiziyasının əməkdaşları və amerikalılar ABŞ prezidenti Co Baydenin Havayda meşə yanğınları zamanı tətilini sərt tənqid ediblər.
Baydenin bu hadisələrə biganəliyi ABŞ vətəndaşlarını da şoka salıb.