Havayda yanğında ölənlər dənizdə anıldıbackend

Havayda yanğında ölənlər dənizdə anıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Havay arxipelaqlarından biri olan Mauidə baş verən dəhşətli yanğınlarda həyatını itirən 114 nəfər okeanda anılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yanğın zamanı insanlar xilas olmaq üçün okeana atılaraq boğulublar.

Belə ki, dünən Havay adalarında Kuhio çimərliyində həyatını itirənlər üçün mərasim təşkil edilib.

Adanın yerli assosiasiyalarından olan “Dəniz uşaqları”nın təşkil etdiyi mərasimdə okeanda dövrə vuran sörfçülər ölənlərin xatirəsinə su üzərinə gül dəstələri düzüblər.

Şiddətli qasırğanın təsirinin artması səbəbindən günlərlə nəzarət altına alına bilməyən alovların demək olar ki, tamamilə külə çevrildiyi Mauidə hələ də 850 nəfər itkin düşüb.

Bu arada ABŞ-ın son 100 ildə üzləşdiyi ən böyük yanğın zamanı bayram proqramını pozmadıqları üçün sərt tənqidlərə məruz qalan ABŞ prezidenti Co Bayden və birinci xanım Cil Bayden yanğınların başlamasından 13 gün sonra dünən bölgəyə səfər ediblər.