Rusiyada həbsdə saxlanılan bloqer Arsen Markaryan narkotik təbliğinə görə cərimələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Nasizmi reabilitasiya etmək ittihamı ilə məhkəməyəqədər həbsdə olan bloqer Arsen Markaryan barəsində daha bir qərar çıxarılıb. O, narkotik vasitələrin təbliği maddəsi ilə 15 min rubl (təxm. 320 man) cərimələnib.
İttihama görə, Markaryan əvvəlcə paylaşdığı videoda “müəyyən psixotrop maddənin fiziki və zehni aktivliyi artırdığı, həmçinin daimi enerji mənbəyi olduğu” barədə danışaraq onun istifadəsini müsbət çalarlarda təqdim edib.
Məhkəmə iclasına bloqer özü qatılmayıb, hazırda o, istintaq təcridxanasında saxlanılır.
Xuraman Etibarlı
İnterpress.az






