Heç kim Ukraynaya heç bir sülh sazişi tətbiq etməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloq bildirib.
Onun sözlərinə görə, mümkün sülh yolu ilə həll barədə qərar prezident, Ukrayna xalqı və prezident Zelenskinin səlahiyyətindədir.
Kelloq eyni zamanda qeyd edib ki, ABŞ bu razılaşma ilə bağlı bütün tərəflərdən “müzakirə nöqtələrini” dinləyəcək.
Xuraman Etibarlı
İnterpress.az