Udmurtiyada həkimlər dəri parçasından asılı qalan ayağı xilas ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bədbəxt hadisə fabrikdə baş verib. Gənc oğlanın ayağı konveyer mexanizminin arasında sıxılaraq ağır xəsarət alıb.
Yeniyetmə təcili olaraq İjevskdəki 1 nömrəli Respublika Kliniki Xəstəxanasına çatdırılıb.
Hadisə nəticəsində pasiyentin pəncə hissəsi praktiki olaraq bədəndən qopub və yalnız kiçik dəri parçasından asılı vəziyyətdə qalıb.
Udmurtiya Səhiyyə Nazirliyindən verilən məlumata görə, damar cərrahları rentgen nəzarəti altında toxumaların qidalanmasını bərpa etmək üçün pəncənin damar və arteriyalarını millimetr-millimetr tikərək bərpa ediblər.
Həkimlərin peşəkarlığı sayəsində amputasiya təhlükəsinin qarşısı uğurla alınıb və yeniyetmənin ayağı xilas edilib.
Xuraman Etibarlı
İnterpress.az






