HƏMAS Qəzzanı idarə etmək üçün texnokratik komitəni dəstəkləyir.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a təşkilatın İrandakı rəsmi nümayəndəsi Xalid əl-Kaddumi məlumat verib.
HƏMAS anklavın bərpası, humanitar yardımın çatdırılması və seçkilərin təşkili üçün məsuliyyət daşıyacaq Qəzza zolağında inzibati işlər üzrə texnokratlardan ibarət komitənin yaradılması təklifi ilə razılaşıb.
“Biz bu ölkəni ümumi milli baxış çərçivəsində yenidən qurmaq istəyən hər kəsə açığıq. Və bu, həm Qəzza zolağında müvəqqəti idarəetməyə, həm də seçkilər və birləşmə yolu ilə gələcək bütün fələstinlilər üçün daimi hökumətə aiddir”, – o deyib.
Xuraman Etibarlı
İnterpress.az