İyulun 9-da Ukraynada 189 həmyerlimiz Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) çarter reysi ilə vətənə yola salınıb.
İnterpress.az xəbər verir ki, reysdən əvvəl 48 saat ərzində COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.
Qeyd edilən reyslə vətənə yola salınan bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalacaqlar.
AZAL-ın çarter reysi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilib.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Azərbaycan və Ukrayna arasında hava uçuşları dayandırılıb.