Hər şey daha pisə doğru gedir – Çarukyanbackend

Hər şey daha pisə doğru gedir – Çarukyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər mənim həbsimdən sonra ölkədəki sosial-iqtisadi vəziyyət yaxşılaşacaqsa, o zaman həbsimə qarşı deyiləm.

İnterpress.az xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan jurnalistlərə açıqlamasında deyib. O, Ermənistanda indiyə qədər heç vaxt olmayan çətin sosial-iqtisadi situasiyanın yarandığını bildirib.

“İyundan bu yana hər şey daha da pis olur. Hökumətin hazırkı tərkibi ilə yaxşı heç nə ola bilməz”.

Qeyd edək ki, Çarukyana qarşı cinayət işi başladılıb. O, seçicilərin satın alınmasında və vergidən yayınmada ittiham edilir. Bu gün onun həbsi ilə bağlı məhkəmə baş tutmalıdır.

Çarukyanın partiyası isə Daşnaksütyun və Vətən partiyaları ilə birgə oktyabrın 8-nə mitinq təyin edib.