Hərbi salamla məşhurlaşan Eltonun atası: Onun hərbiyə həvəsi körpə vaxtlarından var (FOTO)backend

Hərbi salamla məşhurlaşan Eltonun atası: Onun hərbiyə həvəsi körpə vaxtlarından var (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eltonun körpə vaxtlarından hərbiyə böyük marağı var.

Bunu Trend-ə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin kortecini hərbi salamı ilə qarşılayan məktbəli Elton Hacızadənin atası Xıdır Hacızadə deyib. Onun sözlərinə görə, Eltonun hərbi salam verən yerdə çəkilən fotosu yayıldıqdan bir qədər sonra Sərhəd Qoşunlarının general-mayoru Müzəffər Pirizadə məktbəli ilə görüşmək istəyib:

“”N” saylı hərbi hissəyə kortec gedən zaman oğlum avtomobillərdə olan hərbiçilərə hərbi salam verib. Bu zaman kortecdə Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə olub. Bu an görüntü fotoya alınıb, sonra sosial şəbəkələrdə yayılıb. Şəkil hər kəs tərəfindən çox maraq və fəxrlə qarşılanıb. Bir müddət sonra kortecdə olan generalımız bizimlə görüşmək istədi, məni və oğlumu hərbi hissələrin birinə dəvət etdi və görüşümüz baş tutdu”.

Eltonun hazırda oxuduğu Daş Salahlı kənd Araz Əmilov adına 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova da məktbəli barədə müsbət fikirlər bildirib.