HEYVANLARA SEVGİSİ OLMAYAN İNSAN TİPİ ƏN TƏHLÜKƏLİ TİPDİRbackend

HEYVANLARA SEVGİSİ OLMAYAN İNSAN TİPİ ƏN TƏHLÜKƏLİ TİPDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir şeyi əminliklə deyim.

Heyvanlara qarşı sevgisi, mərhəməti olmayan insan mədəni ola bilmir.
Heyvan sevgisi olmayan insanda bir yabanılıq, bayağılıq, qıjılıq, cinayət, zorakılıq hissləri olur.
Bir sözlə heyvan sevməyən insan ola bilmir.

Azərbaycan cəmiyyətində böyük əksəriyyət evində, həyətində heyvan saxlamır.
Əksinə həyətdə uşaqlara baxın, it gördülər daş atırlar, pişik gördülər qovurlar, quş gördülər raqatka ilə vururlar, yuvasını dağıdırlar.
Bu ailədən, baxçadan, valideyndən gələn tərbiyədən qaynaqlanır.

Bizdə iti bütün həyatı boyu evdən kənarda bir ağacın dibinə, bağa, yuvasına qalın zəncirlə bağlayırıq. İt ancaq həyətə oğru girəndə hürmək üçün bizə lazımdı. Onun bütün həyatını bağlı saxlayıb məhv edirik. İllərlə, aylarla bağlı qalan it bir gün təsadüfən açılanda kimisə qapır, bu da normaldır.

Amma xaricdə itlə bir ailə kimi, yoldaş kimi yaşayırlar. İtər çox hissiyyatlı, insanı ən yaxşı anlayan, başa düşən və ən etibarlı heyvandır. Çünkü insanla min illər birlikdə yaşaya-yaşaya təkamül keçiblər.

Daxil olun xarici saytlara baxın. Xaricdə ən çox satılan heyvan şəkilləridir. Hamı evdə uşağın otağına ümumiyyətlə divarlara heyvan şəkilləri alıb vurur.

Azərbaycan insanının heyvansevər olmaması birbaşa onun daşlaşan, hissiyyatsız, qaba xarakterini formalaşdırır.

Diqqətə fikir verin it, pişik saxlayan insanlara. Onların xarakterində çox nadir hallarda zorakılıq görə bilərsiniz.

Bu cox ciddi məsələdir.

Uşaqlarda mütləq heyvan sevgisi aşılayın. Heç bir heyvan insana durduğu yerdə hücum etmir. Mən ilanın içində böyümüşəm ən zəhərli gürzə belə ona dəyməsən sənlə işi yoxdu.

MÜƏLLİF : ŞƏHRİYAR MƏHƏRRƏMOV

REDAKTOR: BÜNYAMİN ÇİNGİZOĞLU