Hikmət Hacıyev: “Hərbi əməliyyatlar barədə əlavə məlumatlar veriləcək”backend

Hikmət Hacıyev: “Hərbi əməliyyatlar barədə əlavə məlumatlar veriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın təxribatları barədə xalqa müraciətində Ermənistanın niyyətləri barədə ölkə ictimaiyyətini məlumatlandırıb.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu gün səhər 06:00 radələrində Ermənistan silahlı bölmələri cəbhəboyu zonada mövqelərimizi və mülki insanları artilleriya qurğularından atəşə tutub.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Ordusu əks hücum əməliyyatları həyata keçirilir.

“Bu əməliyyatların detalları barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə H.Hacıyev əlavə edib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan əhalisi arasında yüksək əhval-ruhiyyə var. H.Hacıyev Azərbaycanda internetə girişin məhdudlaşdırılmasından da söz açıb:

“Bu, müvəqqəti xarakter daşıyır. Hərbi reallıqda günün edirik ki, əhali bunu anlayışla qarşılayacaq”. O ictimaiyyətə müraciətində qeyd edib ki, yalnız rəsmi məlumatlara inansınlar.

İnterpress.az