Hindistan Kosmik Agentliyi ölkənin üçüncü davam edən Ay missiyası zamanı Ayın səthindən çəkilmiş bəzi fotoşəkilləri yayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fotolar missiyanın “Çandrayaan-3” adlı eniş modulu Vikram tərəfindən çəkilib.
Modul cümə axşamı günü missiyanın son mərhələsinə başlayıb.
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) bazar günü eniş modulunun Aya yaxın orbitə (25 km x 134 km) uğurla endirildiyini və hazırda Ayın çıxmasını gözlədiyini açıqlayıb.
Kosmik gəmini gövdəsində daşıyan Vikram avqustun 23-də enişi planlaşdırılan modul kimi xidmət edir.
ISRO bazar ertəsi səhər elan edib ki, çərşənbə günü yerli vaxtla saat 18:04-də enişi planlaşdırılan “Chandrayaan-3” təhlükənin aşkarlanması və qarşısının alınması kamerası ilə eniş yerinin xəritəsini çəkib və şəkillər çəkib.
ISRO bildirib ki, kameranın göndərdiyi ağ-qara şəkillər daşlardan və ya dərin xəndəklərdən təmizlənmiş təhlükəsiz eniş yerini müəyyənləşdirməyə kömək edəcək.
Fotolar Rusiyanın Luna-25 adlı kosmik gəmisinin idarəetmədən çıxaraq Aya düşməsindən bir gün sonra çəkilib.
Rusiyanın təxminən 50 ildə ilk Ay missiyası olan bu vasitə cənub qütbünə enən ilk vasitə olacaq.
Lakin enişdən əvvəl orbitə daxil olarkən qarşılaşdığı problemlər səbəbindən uğursuzluğa düçar olub.
Ayın bu hissəsində donmuş su və qiymətli elementlər ola bilər.
Ayın Yerə baxmayan uzaq tərəfi “Ayın qaranlıq tərəfi” adlanır. Çünki bu bölgə haqqında çox az məlumat var. Alimlərin fikrincə, bura enmək kifayət qədər çətin ola bilər.
Bununla belə, Ayın bu bölgəsi alimlər tərəfindən böyük diqqətlə izlənilir. Mütəxəssislər donmuş su və qiymətli elementlərin burada tapıla biləcəyini düşünürlər.
Əgər “Chandrayaan-3” uğurlu olarsa, Hindistan Ayın cənub qütbünə enən ilk ölkə olacaq. O, həmçinin ABŞ, Sovet İttifaqı və Çindən sonra Aya yumşaq eniş edən dördüncü ölkə olacaq.
Bu missiya 2008-ci ildə ölkənin ilk Ay missiyasından 15 il sonra həyata keçirilir. İlk missiyada quraq Ay səthində su molekullarının varlığı aşkar edilmiş və Ayın gün ərzində atmosferə malik olduğu müəyyən edilib.
Qeyd edək ki, “Chandrayaan-2” 2019-cu ilin iyulunda buraxılıb, lakin qismən uğurlu olub. Kosmik gəmi hələ də orbitdə fırlanır və Ayı öyrənir. Eniş modulu yumşaq eniş edə bilməyib və eniş zamanı qəzaya uğrayıb.