Hindistan hakimiyyətinin evləri sökməsindən sonra 1400 müsəlman ailəsi evsiz qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə İnsan Hüquqları Qrupu məlumat yayıb.
Hindistan hakimiyyəti Assam ştatında benqal əsilli 1400 müsəlman ailəsinin evini söküb.
Hüquq qrupları bildirirlər ki, Hindistan hökuməti səs toplamağa görə müsəlman icmalarını hədəfə alıb və bunun üçün buldozerlərdən istifadə edir.
Xuraman Etibarlı
İnterpress.az