Hindistan kosmik zondu Ayın cənub qütbündə müxtəlif elementlərin olduğunu aşkar edibbackend

Hindistan kosmik zondu Ayın cənub qütbündə müxtəlif elementlərin olduğunu aşkar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın “Chandrayaan-3” kosmik kəşfiyyat vasitəsinin Ayın cənub qütbündə müxtəlif elementləri aşkarladığı və kükürdün olduğunu təsdiqlədiyi açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hindistan Kosmik Tədqiqatlar Mərkəzindən (ISRO) kosmos kəşfiyyat vasitəsinin son tapıntıları ilə bağlı açıqlama verilib.

Açıqlamada, kosmik kəşfiyyat vasitəsinin alüminium, kalsium, xrom, titan, manqan, oksigen və silikon elementləri aşkar etdiyi, eyni zamanda vasitənin kükürdün varlığını açıq şəkildə təsdiqlədiyi bildirilib.

ISRO prezidenti S. Somnath bildirib ki, kosmik kəşfiyyat vasitəsi Ayın atmosferini və seysmik fəaliyyətlərini də tədqiq edəcək.

Açıqlamaya görə, dünən kəşfiyyat maşınının eni 4 metr olan kraterə yaxınlaşdığı üçün marşrutu yenidən müəyyən edilib.

Hindistan Aya yumşaq eniş edən dördüncü ölkə olub.

Hindistanın Ayın cənub qütb bölgəsini araşdırmaq üçün iyulun 14-də kosmosa göndərdiyi “Çandrayaan-3”ün avqustun 23-də Aya uğurla eniş etdiyi bildirilib.

“Chandrayaan-3” kosmik zondunun uğurlu enişi ilə Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya yumşaq eniş edən dördüncü ölkə oldu və cənub qütbünün yaxınlığında yumşaq eniş edən ilk ölkə olub.

Ayın səthini tədqiq etmək məqsədi daşıyan eniş platforması və rover vasitəsi modullarından ibarət təxminən 3,9 ton ağırlığında kosmik kəşfiyyat vasitəsi, elm adamlarının əhəmiyyətli ehtiyatlar ehtiva edə biləcəyi tədqiq edilməmiş bir bölgə olan Ayın cənub qütbünə endikdən sonra 14 gün işləyəcək.