Hindistan Rusiya ilə yeni S-400 raket sistemləri üçün danışıqlara başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Nəşrinin məlumatına görə, Hindistan Rusiya ilə S-400 hava hücumundan müdafiə sistemlərinin əlavə beş partiyasının alınması barədə danışıqlara start verib.
Mənbələrin bildirdiyinə görə, razılaşmanın Rusiya Prezidenti Vladimir Putinin dekabr ayında Hindistana planlaşdırılan səfərindən əvvəl yekunlaşması gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az