Gürcüstan parlamentinin spikeri Qərbin tənqidini bağışlamağa hazır olduqlarını açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Qərbin “xarici təsirin şəffaflığı haqqında” qanuna yönələn tənqidlərini “ikiüzlülük” adlandırıb.
O bildirib ki, buna baxmayaraq, Gürcüstan hakimiyyəti bu tənqidləri “bağışlamağa və unutmağa” hazırdır.
Papuaşvili qeyd edib ki, Böyük Britaniyada da bu gündən etibarən xarici təsirin qeydiyyatı haqqında oxşar qanun qüvvəyə minib və əslində həmin qanun Gürcüstandakı qanunla eyni məzmun daşıyır.
“Əgər Gürcüstan Böyük Britaniyada hər hansı media və ya QHT-ni maliyyələşdirsə, həmin qurum yerli xarici təsir reyestrində qeydiyyata düşməlidir. Amma Britaniyanın Gürcüstanda eyni işi görməsi böyük təhqir kimi qəbul olunur”, – spiker vurğulayıb.