Türkiyədə ruslara QADAĞA: Letim ödəniş sistemi BAĞLANDIbackend

Türkiyədə ruslara QADAĞA: Letim ödəniş sistemi BAĞLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə rusların Letim ödəniş sistemindən istifadəsinə qadağa qoyulub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Türkiyədə rusiyalıların geniş istifadə etdiyi Letim ödəniş sisteminə giriş məhdudlaşdırılıb.

İstifadəçilər qeydiyyat zamanı xətalarla üzləşdiklərini və pul köçürmələrinin mümkün olmadığını bildirirlər.

Xidmət, xüsusilə, Türkiyədə istirahət edən rusiyalı turistlər arasında populyar idi.

Hazırda problemin səbəbləri barədə rəsmi açıqlama verilməyib.

Xuraman Etibarlı

İnterpress.az