Gürcüstanın baş naziri seçki ərəfəsində müxalifəti XƏBƏRDAR ETDİbackend

Gürcüstanın baş naziri seçki ərəfəsində müxalifəti XƏBƏRDAR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifət qüvvələrini qanunlara əməl etməyə və təxribatlardan çəkinməyə çağırıb.

İnterpress.az xəbər verir ki,Gürcüstanın baş naziri İrakli Kobaxidze seçkilər ərəfəsində xüsusi brifinq keçirib.

Baş nazir müxalifət qüvvələrini qanuna əməl etməyə və provokasiyalardan çəkinməyə çağırıb.

O, sabah – 4 oktyabrda keçiriləcək seçkilərlə bağlı bir sıra partiya və hərəkatların “sülh inqilabı” adı altında Tbilisinin mərkəzində etiraz aksiyası planlaşdırdıqlarını xatırladıb.

“Bütün siyasi qüvvələri və ictimai birlikləri hələ vaxt varkən, konstitusiya quruluşunun zorla dəyişdirilməsini hədəfləyən yığıncaqdan açıq şəkildə uzaqlaşmağa çağırıram.

Gürcüstanın dövlət qurumları və hüquq-mühafizə orqanları bu gün hər zamankindən daha güclü və birləşmişdir.

Heç kəsə dövlətlə qarşıdurmaya girməyi məsləhət görmürük. Qanun pozuntusuna yol verən hər kəs ən sərt cavabı alacaq”, –  Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, ötən il etirazçılardan yalnız 3%-i müəyyən edilə bilirdisə, indi quraşdırılmış xüsusi avadanlıqlar sayəsində bu rəqəm dəfələrlə artacaq.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarına yalnız proporsional güc tətbiq etmək göstərişi verilib.

Qanunu pozanları isə çoxillik həbs cəzası gözləyə bilər.

Xuraman Etibarlı

İnterpress.az