İbrahim Süleymanovun şəriki Abakar Darbişev həbsdən dərhal sonra ÖLDÜbackend

İbrahim Süleymanovun şəriki Abakar Darbişev həbsdən dərhal sonra ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İbrahim Süleymanovun müttəfiqi Abakar Darbişev həbsdən sonra dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Həbs edilən milyarder İbrahim Süleymanovun şəriki, mətbuatda Dağıstan kriminal qrupunun lideri kimi tanınan Abakar Darbişev həbsdən bir müddət sonra vəfat edib.

Həbs əməliyyatı Daxili İşlər Nazirliyi, FSB və Rusiya İstintaq Komitəsi tərəfindən həyata keçirilib.

Əməliyyat qrupu Darbişevin yaşadığı Odintsovoya yollanıb və xüsusi təyinatlılar tərəfindən o tutulub.

Onun evində axtarış aparılıb. Planlaşdırıldığı kimi, Darbişev paytaxta gətirilməli idi, lakin yolda həyatını itirib.

Bildirilib ki, İbrahim Süleymanov da ürək problemləri ilə əlaqədar bir neçə dəfə təcili yardım çağırışına məruz qalıb.

Müdafiə tərəfi planlaşdırır ki, onun sağlamlıq vəziyyəti həbsinə qarşı arqument kimi istifadə edilsin.

Xuraman Etibarlı

İnterpress.az