Çində Xiaomi SU7 sahibi olmadan hərəkətə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Çin istehsalı olan Xiaomi SU7 markalı elektrik avtomobili sahibinin iştirakı olmadan işə düşərək hərəkətə başlayıb.
Hadisə evin həyətində baş verib. Avtomobil sahibi digər işləri ilə məşğul olduğu vaxt maşın qəfil işə düşüb və hərəkət etməyə başlayıb.
Bu an müşahidə kameraları tərəfindən qeydə alınıb.
Şirkətin dəstək xidməti insidentlə bağlı açıqlama verib.
Xiaomi nümayəndələrinin sözlərinə görə, avtomobil iPhone vasitəsilə məsafədən işə salınıb. Lakin müşahidə kamerasının çəkilişlərində görünür ki, həmin vaxt telefon yaxınlıqda olmayıb. Bu isə məsafədən idarəetmə sisteminin etibarlılığı ilə bağlı suallar doğurub.
Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub. İstifadəçilər Xiaomi-dən əlavə izahat və təhlükəsizlik zəmanətləri tələb ediblər.
Şirkət isə yaxın günlərdə məsələyə dair daha ətraflı açıqlama veriləcəyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az