“Lagi Capital” şirkətinin direktoru HƏBS OLUNDUbackend

“Lagi Capital” şirkətinin direktoru HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda “Lagi Capital” şirkətinin direktoru həbs olunub.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Gürcüstanda “Lagi Capital” şirkətinin direktoru dövlət əmlakını qanunsuz mənimsəmək və qanunsuz gəlirlərin yuyulması ittihamı ilə həbs edilib.

Şirkətin direktoru ilə birlikdə ikinci təqsirləndirilən şəxs də həbs edilib. Təqsirləndirilən şəxsləri 9 ildən 12 ilə qədər həbs gözləyir.

İstintaq müəyyən edib ki, müttəhimlər 2023-cü ildə “Lagi Capital” MMC vasitəsilə Bələdiyyə İnkişaf Fondunun uşaq bağçalarının yenidən qurulması və təmiri ilə bağlı elan etdiyi 94,4 milyon lari (34,7 milyon ABŞ dolları) dəyərində 11 tenderin qalibi olublar. 30 obyektin heç birində tikinti işləri hələ başa çatmayıb.

Onlar Bələdiyyələrin İnkişafı Fondunun ayırdığı 11 milyon laridən (4 milyon dollardan çox) 9,4 milyon larisini (3,4 milyon dollar) mənimsəməyə nail olublar.

Xuraman Etibarlı

İnterpress.az