Ukrayna “Flamingo” raketlərinin istehsalını artırır.
İnterpress.az xəbər verir ki, bu barədə ” Economist” məlumat yayıb.
Nəşr bildirir ki, onlar hazırda gündə 2-3 raket istehsal edirlər, ayın sonuna kimi hasilatı gündə 7-yə çatdırmağı planlaşdırırlar.
“Flamingo”lar artıq Rusiya hədəflərinə zərbələr endirməkdə, o cümlədən bir neçə FSB katerini vurmaqda istifadə olunub.
The Economist-in mənbələrinə görə, bu raketlər təxminən 1150 kq döyüş başlığına və 3000 km-dən çox mənzilə malikdir ki, bu da onları Rusiya ərazisindəki dərin hədəfləri vura bilir.
Xuraman Etibarlı
İnterpress.az