İsrail “Qlobal Sumud” flotiliyasındakı sonuncu gəmiyə hücum edib.
İnterpress.az xəbər verir ki, İsrail hərbçiləri “Global Sumud” flotiliyasında iştirak edən son gəmi olan “Marinett”i ələ keçirib.
Bu əməliyyat nəticəsində flotiliyanın bütün gəmiləri İsrail tərəfindən tutulub, fəallar isə saxlanılıb.
Hadisə ilə bağlı yayılan məlumatlara görə, bundan sonra Qazaya heç bir gəmi çatdırılmayacaq, yəni beynəlxalq aktivistlərin humanitar missiyası tamamilə dayandırılıb.
İsrail ordusu əməliyyat zamanı gəmilərin təhlükəsiz şəkildə ələ keçirildiyini və fəalların qanuni prosedurlar çərçivəsində saxlanıldığını açıqlayıb.
Hadisə beynəlxalq ictimaiyyətin diqqətini yenidən İsrail-Fələstin məsələsinə yönəldib və humanitar yardımın Qazaya çatdırılması ilə bağlı suallar doğurub.
Xuraman Etibarlı
İnterpress.az