Sumqayıtda sürücü sükan arxasında ölüb, qəza olubbackend

Sumqayıtda sürücü sükan arxasında ölüb, qəza olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda sürücü sükan arxasında ölüb.

Hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Rauf Əliyev idarə etdiyi avtomobilin sükanı arxasında olarkən qəfil halı pisləşib və ürək fəaliyyəti dayanıb.

Nəticədə idarəetmədən çıxan avtomobil qarşıda hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsinə çırpılıb.