Dağıstanda terror aktı hazırlamaqda şübhəli bilinən 5 sakin saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Dağıstan Daxili İşlər Nazirliyi yayıb.Hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktı törətmək niyyətində olan 5 Dağıstan sakini saxlanılıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi, 317-ci maddəsi və 223.1-ci maddəsinin 2-ci hissəsi üzrə cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az