Mançester terrorundan sonra İsrail və Britaniya antisemitizm və sülhü müzakirə edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Mançesterdə baş verən terror aktından sonra İsrail və Britaniya Xarici İşlər nazirləriv Saar və Kuper telefon danışığı aparıb.
Onlar Trampın Qəzza bölgəsində müharibəni dayandırmaq planına dəstək məsələsini müzakirə ediblər.
İsrail naziri Saar ölkədə keçirilən Fələstinə dəstək aksiyalarının antisemit xarakter daşıya biləcəyini və bəzən terroru dəstəklədiyini vurğulayıb.
Britaniya naziri Kuper isə bu iddiaların hökumətin siyasətini əks etdirmədiyini qeyd edib.
Əvvəllər Britaniya Daxili İşlər naziri də Fələstin tərəfdarı nümayişçiləri aksiyalarından çəkindirməyə çağırmışdı.
Xuraman Etibarlı
İnterpress.az