Trampdan HƏMAS-a ULTİMATUM: Son şans, yoxsa tam məhv! – FOTObackend

Trampdan HƏMAS-a ULTİMATUM: Son şans, yoxsa tam məhv! – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə sülh hər vasitə ilə təmin olunacaq.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp X sosial şəbəkə hesabında yazıb.

Tramp bildirib ki, HƏMAS artıq uzun illərdir Yaxın Şərqdə amansız və vəhşi təhdid təşkil edir.

Onlar insanların həyatını dözülməz hala gətiriblər, bunun kulminasiyası isə 7 oktyabrda İsraildə baş verən qırğın olub – körpələr, qadınlar, azyaşlılar, yaşlılar və gənclər qətlə yetirilib.

Tramp vurğulayıb ki, HƏMAS-a son şans veriləcək.

Böyük, güclü və zəngin Yaxın Şərq ölkələri, qonşu ərazilərlə birlikdə və ABŞ-nin dəstəyi ilə, İsrailin yardımı ilə Yaxın Şərqdə 3 min ildən sonra sülhün bərqərar olmasını razılaşdırıblar. Nəticədə bölgədə zorakılıq və qan tökmə dayandırılacaq.

Tramp qeyd edib ki, HƏMAS-la razılaşma Vaşinqton vaxtı ilə bazar günü saat 18:00-dək əldə edilməlidir.

Əgər son razılaşma baş tutmasa, HƏMAS qarşısında heç vaxt görülməmiş bir cəza həyata keçiriləcək.

Xuraman Etibarlı

İnterpress.az