Hindistan vətəndaşını oğurlayan erməni HƏBS OLUNDUbackend

Hindistan vətəndaşını oğurlayan erməni HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda erməni Hindistan vətəndaşını qaçırıb.

interpress.az xəbər verir ki, bu barədə erməni mediası Ermənistanın İstintaq Komitəsinə istinadən məlumat yayıb. Bildirilir ki, Vayots Dzor sakini və 6 Hindistan vətəndaşı daha bir hindlini qaçırmaqda ittiham olunurlar.

Avqustun 23-nə keçən gecə İrəvanda polis avtomobili saxlayıb və axtarış zamanı baqajda Hindistan vətəndaşı aşkar edib.

Məlum olub ki, zərərçəkmiş Vayots Dzor sakininə zədələnmiş avtomobilə görə kompensasiya verməli imiş, lakin pulunun olmadığını deyərək bundan imtina edib.

Nəticədə 36 yaşlı erməni öz həmvətənlərinin köməyi ilə borclunu “cəzalandırmaq” qərarına gəlib.

Bununla belə, cinayət planını başa çatdırmaq mümkün olmayıb – patrullar məsələyə müdaxilə ediblər və sonradan bütün yeddi hücum edən həbs edilib.

Xuraman Etibarlı

İnterpress.az