Ötən gün Hindistanın Odişa əyalətində 2 saat ərzində 61 min ildırım çaxması nəticəsində 12 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hindistanın Odişa ştatında tufan qopub. Güclü yağışlarla ştatın paytaxtı Bhubanesvara 2 saat ərzində 61 min ildırım düşüb. Ən azı 12 nəfər ildırım vurması nəticəsində həyatını itirib, onlarla insan yaralanıb. 8 iribuynuzlu mal-qara da ildırım vurması nəticəsində tələf olub. Hindistan Meteorologiya Xidməti (IMD) ildırım çaxmasına qarşı vətəndaşları xəbərdar edərək, tufanların cümə axşamına qədər davam edəcəyini bildirib. IMD leysan yağışlar səbəbindən 7 bölgədə narıncı, digər bölgələrdə isə sarı həyəcan siqnalı verib. İldırım vurması nəticəsində həyatını itirən 12 nəfərin ailəsinə 400 min rupi veriləcəyi bildirilib. Digər tərəfdən, dünən Odişaya 5300-dən çox ildırım düşüb. Hindistanın şərq bölgələrində musson yağışlarının təsirli olduğu bu aylarda tez-tez ildırım çaxır. Bildirilir ki, ötən gün düşən 61 min ildırım daha əvvəl qeydə alınmayıb.