Hindistanda ilişib qalan Britaniyaya məxsus qırıq F-35B Lightning II qırıcı təyyarəsinin “dayanacaq” qiyməti gündə 6700 dollara çatıb.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Yerli hərbçilər təyyarəni anqara köçürməyi təklif ediblər, lakin ingilislər gizli texnologiyanın təhlükəsizliyindən narahatdırlar.
Təyyarənin təxliyə variantlarından biri kimi hava ilə evakuasiyası nəzərdən keçirilir.
Xatırladaq ki, iyunun 14-də İrandan raket hücumunu dəf edərkən F-35B-də hidravlik problemlər yaranıb və pilot təcili eniş tələb edib.
Xuraman Etibarlı
İnterpress.az