Hindistanda öküz su qülləsinə çıxaraq orada ilişib qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Hindistanda bir öküz su qülləsinə çıxıb və orada ilişib qalıb. Yerli sakinlər 42 saat ərzində heyvana yemək və su aparıblar.
Xilasedicilər baytarın köməyi ilə krandan istifadə edərək öküzü sakitləşdirib və qüllədən aşağı endiriblər.
Heyvanın su qülləsinə necə çıxması isə məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az






